Azərbaycanın Ukraynanın Xarkov şəhərindəki Fəxri Konsulluğu Vətənə geri dönmək istəyən vətəndaşlarımız üçün qeydiyyata başlayır.

Bu barədə Qarabaginfo.az-a fəxri konsulluqdan məlumat verilib.

Bildirilib ki, Xarkov, Çerniqov, Sumı, Poltava, Zaporojye, Dnepropetrovsk vilayətlərində yaşayan və Vətənə qayıtmaq istəyən Azərbaycan vətəndaşları qeydiyyatdan keçmək üçün fəxri konsulluğa müraciət edə bilərlər.