Tarix: 30-12-2022 | Saat: 17:13
Bölmə:Karusel / Region | çapa göndər
Türkiyə parlamentinin erməni deputatı Karo Paylan Prezident Rəcəb Tayyib Ərdoğana müraciət edərək, Laçın yolundakı vəziyyətə əl qoymağa çağırıb.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Türkiyədəki erməni icmasının buraxdığı “Agos” qəzeti məlumat yayıb.
Karo Paylan Ərdoğana müraciətində qeyd edib ki, Qafqazda sülh və əmin-amanlıq bərqərar olarsa, qarşıdurmaların və gərginliyin qarşısı alınarsa, bu, Türkiyə üçün də fayda gətirər.
Xatırladaq ki, Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” mədənlərində monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən ekofəallar, QHT nümayəndələri və könüllülərin Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində təşkil olunan etiraz aksiyası 19 gündür davam edir.
Erməni tərəfi yolun bağlandığı barədə iddialar səsləndirsə də, Laçın-Xankəndi yolu humanitar məqsədlər üçün açıqdır.(modern.az)
Digər xəbərlər