Saytımızı qiymətləndirin


 
 

Paralimpiyaçımız Pekinə yola düşüb
Tarix: 06-03-2022 | Saat: 21:33
Bölmə:Karusel / Gündəm | çapa göndər

Pekin 2022 XIII Qış Paralimpiya Oyunlarında iştirak edəcək Azərbaycan Milli Paralimpiya komandasının üzvü Mehman Ramazanzadə bu gün Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərinə yola düşüb.

Qarabaginfo.az xəbər verir ki, Gənclər və İdman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva, Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov, baş katib Kamal Məmmədov və Qış İdman Federasiyasının prezidenti Fuad Nağıyev idmançımızı hava limanında Pekin şəhərinə yola salıblar.

Gənclər və İdman naziri Fərid Qayıbov idmançıya uğurlar arzulamış, Azərbaycanın ilk dəfə olaraq Qış Paralimpiya Oyunlarında təmsil olunmasının əlamətdar bir hadisə olduğunu qeyd etmişdir. Nazir F.Qayıbov ölkəmizdə yay idman növləri ilə yanaşı qış növlərinin də inkişaf etdiyini bildirərək vurğulamışdır ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ölkə ərazisində, o cümlədən Naxçıvan MR-da yaradılan qış idman infrastrukturun bu idman növünə daha da marağın artırılmasına müsbət təsir göstərilib.

Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin idmançılara, xüsusilə paralimpiyaçılara göstərdiyi diqqət və qayğının nəticəsi olaraq, idmançılarımız daima beynəlxalq arenalarda Azərbaycan bayrağını ucaldırlar. İ.Rəhimov qeyd etmişdir ki, 2018-ci ildən etibarən Milli Paralimpiya Komitəsində yerli idmançıların iştirakı ilə qış idman növləri üzrə komanda formalaşmışdır. Gənclər və İdman Nazirliyi, Qış İdman Federasiyası və Şahdağ Turizm Mərkəzinin göstərdiyi dəstək nəticəsində ölkəmiz ilk dəfə olaraq Qış Paralimpiya Oyunlarında iştirak hüququnu əldə edib.

Qış İdman Federasiyasının prezidenti Fuad Nağıyev paralimpiyaçımızın Qış Paralimpiya Oyunlarına iştirak hüququ əldə etməsinin artıq böyük bir qələbə olduğunu bildirmişdir. F.Nağıyev bundan sonra da qış idman növlərinin inkişaf etdirilməsində daima dəstək verəcəyini vurğulanıb.

Milli Paralimpiya Komitəsinin baş katibi Kamal Məmmədov bildirmişdir ki, qış idmanında kütləviliyin artırılması məqsədi ilə bundan sonra da işlər davam etdiriləcək. Məqsəd Milan 2026 XIV Qış Paralimpiya Oyunlarında iştirak edəcək idmançı və eyni zamanda növlərin də artırılmasıdır. O, əlavə etmişdir ki, daha bir idmançımız da Oyunlara lisenziya qazana bilərdi, lakin dağ xizəyi növündə çıxış edən idmançımız Daşqın Abbasov keçən il COVID səbəbindən Avstriyada keçirilmiş Avropa Kubokunda iştirak etməmiş və bu səbəbdən kifayət qədər reytinq xalı toplaya bilməmişdir.

Daha sonra iştirakçılar idmançımıza uğurlar arzulayaraq xatirə şəkili çəkilib.

Qeyd edək ki, Azərbaycan ilk dəfə olaraq Qış Paralimpiya Oyunlarında iştirak edəcək. Kross-kantri növünün sprint kateqoriyasında iştirak edəcək Mehman Ramazanzadənin yarışı martın 9-u baş tutacaq.



Xəbəri paylaş

1235 dəfə oxunub.

Digər xəbərlər