Saytımızı qiymətləndirin


 
 

Azad edilmiş ərazilərə avtobus marşrutlarının hərəkət qrafikində dəyişiklik edilib - CƏDVƏL
Tarix: 31-01-2022 | Saat: 11:34
Bölmə:Karusel / Gündəm | çapa göndər

Azad edilmiş ərazilərə avtobus marşrutlarının hərəkət qrafikində dəyişiklik edilib - CƏDVƏL

İşğaldan azad edilmiş ərazilərə sərnişindaşıma həyata keçirən avtobus marşrutlarının hərəkət qrafikində dəyişiklik edilib.

Qarabaginfo.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən məlumat verir.

Qeyd edək ki, yanvarın 24-də Azərbaycan xalqı üçün tarixi əhəmiyyəti və mədəni-mənəvi dəyəri yüksək olan Şuşa və Ağdam şəhərlərinə ilk müntəzəm avtobus marşrutları istifadəyə verilib.

Bu günə qədər Şuşa və Ağdam istiqamətində 12 reys uğurla həyata keçirilib. Vətəndaşlar müvafiq istiqamətlər üzrə ümumilikdə 1100-dən çox bilet alıblar. Marşrutların təhlili, həmçinin tələbat və bilet satışı dinamikası, eləcə də vətəndaşların istəkləri nəzərə alınaraq, avtobusların hərəkət cədvəllərində müəyyən dəyişikliklər edilib. Belə ki, təhlillər nəticəsində Bakı – Şuşa – Bakı marşrutuna tələbatın daha çox olduğu müəyyən edilib və bu istiqamətdə əlavə reysin açılması qərara alınıb. Fevralın 16-dan etibarən Bakı – Şuşa – Bakı istiqamətində artıq həftədə 2 dəfə deyil, 3 dəfə avtobus reysi həyata keçiriləcək.

Digər istiqamətlər üzrə marşrutların hərəkət qrafikinə edilən dəyişikliklər aşağıdakı cədvəldə qeyd olunub.

Avtobus marşrutlarının hərəkət cədvəli

Marşrutun adı

Yola düşmə vaxtı

Təyinat məntəqəsinə çatma vaxtı

Təyinat məntəqəsindən yola düşmə vaxtı

Başlanğıc məntəqəyə çatma vaxtı

Səfər günləri

Bir istiqamətdə gediş haqqı (manat)

Bakı – Şuşa – Bakı

6:30

13:00

15:30

22:00

Hazırda:

şənbə və bazar

16.02.2022-ci il tarixindən:

çərşənbə, şənbə və bazar

10,40

Əhmədbəyli – Şuşa-Əhmədbəyli (ekspress)

10:00

12:00

14:30

16:30

Hazırda:

bazar ertəsi, çərşənbə axşamı, çərşənbə və cümə axşamı

22.02.2022-ci il tarixindən:

çərşənbə axşamı və cümə axşamı

7

Bakı – Ağdam – Bakı

6:30

12:30

15:00

21:00

Hazırda:

bazar ertəsi və cümə axşamı

Mart ayından: şənbə

9,40

Bərdə – Ağdam – Bərdə (ekspress)

10:00

12:00

14:30

16:30

çərşənbə axşamı, çərşənbə

5

 

 

Önəmli dəyişikliklərdən biri də odur ki, vətəndaşların çoxsaylı müraciətlərini nəzərə alaraq ilkin mərhələdə tətbiq edilmiş bir dəfə səfər etmək məhdudiyyəti aradan qaldırılıb. Artıq vətəndaşlar hər hansı bir məhdudiyyət olmadan istənilən istiqamət üzrə səfərlər edə bilərlər.

Qeyd edək ki, marşrutlar üzrə sərnişindaşımanı həyata keçirən sürücülər və avtobuslarda sərnişinləri müşayiət edən könüllülər mina təhlükəsizliyinə dair təlimlərə cəlb edilib, onlara əsas təhlükəsizlik qaydalarına dair Təlimat kitabçaları təqdim olunub. Sərnişinlərin məlumatlandırılması və təlimatlandırılması üçün avtobuslarda mina təhlükəsizliyi ilə bağlı videoçarxlar nümayiş etdirilir, həmçinin hər bir oturacağın üzərinə təlimat broşürü yerləşdirilib. Səfər zamanı avtobusları Daxili İşlər Nazirliyinin əməkdaşları müşayiət edirlər.



Xəbəri paylaş

257 dəfə oxunub.

Digər xəbərlər