ABŞ prezidenti Co Bayden 82 yaşında vəfat edən üçqat dünya çempionu Pelenin ailəsinə başsağlığı verib.

Qarabaginfo.az xəbər verir ki, o, bu barədə "Twitter"də  paylaşım edib. 

Əfsanəvi futbolçu dekabrın 29-da 82 yaşında dünyasını dəyişib. 

Pele tarixdə üç dəfə (1958, 1962, 1970) dünya çempionu olmuş yeganə futbolçudur.

"Dünyanı birləşdirən idman üçün Pelenin təvazökar başlanğıclardan futbol əfsanəsinə qədər olan yolu mümkün olanların hekayəsidir. Bu gün Cill və mən Pelenin ailəsi və onu sevənlərin hamısına başsağlığı verirəm”, - Bayden yazıb.