Saytımızı qiymətləndirin


 
 

İsrail istehsalı olan ilk uçan avtomobil səmaya qalxdı: Sürəti 250 km/saat, qiyməti isə..."
Tarix: 28-12-2022 | Saat: 11:01
Bölmə:Karusel / Dünya | çapa göndər

İsrail istehsalı olan ilk uçan avtomobil səmaya qalxdı: Sürəti 250 km/saat, qiyməti isə...
"Həm quruda, həm də havada hərəkət etməyi bacaran elektromobilin sahibi 170 km məsafə qət edə biləcək..."
"Maşın şaquli istiqamətdə uçub eniş edə bilir, yəni onu birbaşa dayanacaqdan uçuşa göndərmək mümkündür..."
 
"Çəkisi 1100 kq, maksimal sürəti 250 km/saat, qiyməti 150 000 dollardır..."
 
Gözlənilir ki, belə maşını artıq 2024-cü ildə almaq mümkün olacaq...
 
İsrailin "AIR" startap-şirkəti tərəfindən yaradılan uçan "ONE" avtomobili sınaq uçuşunu tam həcmdə başa çatdırıb. Onun satışı artıq 2024-cü ildə planlaşdırılıb.
Qarabaginfo.az xəbər verir ki, bu barədə bu gün, dekabrın 27-də "Ynet" nəşri yazıb.
 
Həm quruda, həm də havada hərəkət etməyi bacaran elektromobilin sahibi 170 km məsafə qət edə biləcək. 
 
İstehsalçıların deməsinə görə, onu idarə etmək adi maşından çətin olmayacaq, lakin, əlbəttə ki, xüsusi hazırlıq keçmək lazım gələcək.
 
"ONE" sürücü və sərnişin üçün nəzərdə tutulub. Çəkisi 1100 kq olan maşın şaquli istiqamətdə uçub eniş edə bilir. Yəni onu birbaşa dayanacaqdan uçuşa göndərmək olar. 
 
Gözlənilir ki, yeni avtomobilin start qiyməti 150 000 dollar təşkil edəcək.
 
Uçan avtomobil üzərində işlərin başa çatması barədə 2021-ci il oktyabrın 19-da "AIR" elan edib.
 
Şirkət ABŞ-ın Federal Aviasiya İdarəsi ilə (U.S. Federal Aviation Authority-FAA) sıx əməkdaşlıq edir və 2023-cü ilin sonuna müvafiq sertifikat almağa ümid edir.
 
"Boeing", "Airbus" və bir neçə startap firmalarının artıq təqdim etdiyi analoji təyyarələrdən fərqli olaraq, "AIR" öz məhsulunu şəxsi istifadə üçün uçan aparat kimi nəzərdə tutub.
 
"Bizim aparat əvvəlcədən təyyarələr deyil, avtomobillər buraxılışında istifadə edilən istehsalat sistemləri üçün işlənib hazrlanıb. Beləliklə, ildə 100 deyil, 10 000 maşın istehsal etmək mümkün olacaq.
 
Biz hava məkanında özəl nəqliyyatın, həm də təhlükəsiz və münasib qiymətlərlə mövcudluğunu gücləndirmək istəyirik", - bunu "Kalkalist" nəşrinə müsahibəsində şirkətin baş direktoru və həmtəsisçisi Rani Plaut və onların tərəfdaş-həmtəsisçiləri Xen Rozen və Netanel Qoldberq deyib.
 
Şirkət prototiplərdən tamformatlı modelin yaradılmasına 2022-ci ilin fevralında, sınaq uçuşları başlananda keçib. İlk uçuş 2022-ci ilin iyun ayında baş tutub.
 
İsrail istehsalçılarının maşını 60 kVts tutumu olan litium batareyası ilə təchiz edilib, bu, baza
"Tesla Model"-dən bir qədər çoxdur, 160 km/saat (maksimal sürət 250 km/saat) sürət inkişaf edə bilir.
 
Elektron sistemləri, həmçinin idarəetmə sistemlərini İsraildə yığmaq planlaşdırılır. 
 
Aparatın tam yığılması satışı həyata keçirilən ölkədə aparılacaq. İlkin mərhələdə ABŞ-da, sonra isə Avropada. Şirkət 300 sifarişin alındığını deyib.(moderator.az)


Xəbəri paylaş

1120 dəfə oxunub.

Digər xəbərlər