Saytımızı qiymətləndirin


 
 

Azərbaycana bu ilin beş ayında 1,6 mln. dollarlıq dondurma idxal olunub
Tarix: 21-07-2020 | Saat: 17:09
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

Azərbaycana bu ilin beş ayında 1,6 mln. dollarlıq dondurma idxal olunub

 

 

 

 

 

 

 

 

 

 

Bu ilin yanvar-may ayları ərzində Azərbaycan ümumilikdə 1,601 mln. ABŞ dolları dəyərində 411,17 ton dondurma və digər yeyinti buz növləri idxal edib.

Dövlət Statistika Komitəsindən Qarabaqino.az-a verilən məlumata görə, hesabat dövründə Azərbaycanın dondurma idxalının ən böyük hissəsi MDB ölkələrinin payına düşüb. Sözügedən ölkələrdən 794,65 min dollar dəyərində 255,47 ton dondurma idxal olunub.

MDB ölkələrinin arasında Azərbaycanın ən çox dondurma aldığı ölkə Rusiya olub. Cari ilin ilk beş ayında bu ölkədən 596,6 min dollar dəyərində 184,84 ton dondurma alınıb.

Digər ölkələrə gəldikdə, idxalda ən böyük pay sahibi Türkiyə olub. Hesabat dövründə qonşu ölkədən Azərbaycana 638,89 min dollar dəyərində 125,96 ton dondurma idxal olunub. APA



Xəbəri paylaş

368 dəfə oxunub.

Digər xəbərlər