Rusiya prezidenti Vladimir Putin bir çox xarici tərəfdaşlarla, o cümlədən Fransa lideri Emmanuel Makronla işgüzar əlaqələr saxladığını bəyan edib.
Qarabaginfo.az xəbər verir ki, o, bu barədə Minskdə Belarus prezidenti Aleksandr Lukaşenko ilə danışıqların yekunlarına dair mətbuat konfransında bildirib.
Putin Makronun Ukraynada hərbi əməliyyatlar başlayandan sonra Moskvaya səfər etdiyini xatırladıb.
"Bir çox həmkarlarımla, o cümlədən Fransa prezidenti ilə işgüzar əlaqələrim var. Biz telefonla əlaqə saxlayırıq", - Rusiya lideri bildirib.