“Azərbaycanda ÜDM-də İKT sahəsinin payı 1,8%-dir. Bu, bəzi qonşun ölkələrlə müqayisədə bir neçə dəfə azdır”.
Qarabaginfo.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Fərid Əhmədov deyib.
O qeyd edib ki, Azərbaycanda İKT sahəsində mütəxəsislərin qıtlığı var.
“Biz, Gürcüstana, Qazaxıstana və Ermənistana nəzərə salsaq, bu ölkələrdə İKT sahəsində ÜDM payı Azərbaycanla müqayisədə 2-3 dəfə artıqdır”, - nazir müavini bildirib.