Saytımızı qiymətləndirin


 
 

Ukraynaya hərbi yardım üçün əlavə 2 milyard avro ayrıldı
Tarix: 12-12-2022 | Saat: 19:20
Bölmə:Karusel / Manşet | çapa göndər

Ukraynaya hərbi yardım üçün əlavə 2 milyard avro ayrıldı 

Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirləri 2023-cü ildə Avropa Sülh Fonduna ayrılan maliyyənin 2 milyard avro artırılması barədə razılığa gəliblər.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Aİ-nin baş diplomatı Cozep Borrel məlumat verib.

Qeyd olunan Fondun vəsaiti Ukraynaya hərbi yardım göstərmək üçün nəzərdə tutulub. 2027-ci ilə qədər fondun maliyyə həcminin ümumi artımı 5,5 milyard avroya qədər olacaq. 

"Bu qərar bizə tərəfdaşlarımızın silahlı qüvvələrinə hərbi dəstək verməyə davam etməyə imkan verəcək", - Borrel bildirib.

Avropa Sülh Fondu Avropa Şurası tərəfindən 22 mart 2021-ci ildə yaradılıb. Fondun maliyyələşdirilməsi Aİ-yə üzv dövlətlərin yardımları hesabına həyata keçirilir. Hazırda Aİ fondunun vəsaitinin yarıdan çoxu Ukraynaya hərbi yardım üçün ayrılıb. 



Xəbəri paylaş

1117 dəfə oxunub.

Digər xəbərlər