Saytımızı qiymətləndirin


 
 

Ukrayna Prezidenti: “Müharibənin tezliklə başa çatacağına dair heç bir əlamət yoxdur”
Tarix: 07-05-2022 | Saat: 08:20
Bölmə:Karusel / Region | çapa göndər

864 Ukrayna hərbiçisi həlak olub

Rusiyanın Ukraynaya qarşı müharibəsinin tezliklə başa çatacağına dair heç bir əlamət yoxdur.

Qarabaginfo.az xəbər verir ki, bu fikirləri Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

Prezident qeyd edib ki, Ukrayna müharibədə ən qısa zamanda qələbə qazanmağa, ərazi bütövlüyünü bərpa etməyə və dağıdılmış əmlakın, xüsusən Rusiyada müsadirə olunmuş vəsaitlərdən istifadə edərək bərpasına başlamağa çalışır.

"Bu gün genişmiqyaslı müharibənin 72-ci günüdür və biz hələ müharibənin sonunu görmürük. Rusiya tərəfdən onu bitirmək üçün heç bir istək hiss etmirik və görmürük. Rusiyanın bu müharibə ilə təhrik etdiyi çağırışlara qənaətbəxş həll yollarını görmürük”, - Zelenski əlavə edib.

Prezident Rusiya-Ukrayna müharibəsinin bir çox sahələrdə qlobal nəticələrinin olacağını vurğulayıb. Söhbət ilk növbədə, Yaxın Şərq də daxil olmaqla, yüz milyonlarla insanın ərzaq təhlükəsizliyi üçün çağırışlardan gedir. Zelenskinin sözlərinə görə, regionda əsas ərzaq məhsullarının ənənəvi tədarük zəncirləri pozulub.

“Fevralın 24-dən bəri elə bir gün olmayıb ki, bizə silah verilməsi, Rusiyaya qarşı sanksiyaların gücləndirilməsi və bu kimi məsələlərlə bağlı danışıqlar aparmayaq”, - Zelenski bildirib.

Prezident əlavə edib ki, dünya liderləri ilk günlərdə Ukraynanın Rusiya təcavüzünü dəf etmək qabiliyyətinə dair pessimist gözləntilərə malik olsalar da, bu müharibənin qlobal nəticələrini dərk etməyə başlayıblar.



Xəbəri paylaş

1234 dəfə oxunub.

Digər xəbərlər