Saytımızı qiymətləndirin


 
 

Gəncənin iki rayonunun ləğvi ilə əlaqədar bələdiyyə əraziləri dəyişib
Tarix: 01-04-2022 | Saat: 19:21
Bölmə:Karusel / Gündəm | çapa göndər

Gəncənin iki rayonunun ləğvi ilə əlaqədar bələdiyyə əraziləri dəyişib

Prezident İlham Əliyev “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” qanuna əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə” qanunu təsdiq edib.

Qarabaginfo.az xəbər verir ki, qanuna əsasən, Kəpəz bələdiyyəsinin əhatə etdiyi ərazi vahidlərinə Cavadxan, Məhsəti, Natəvan, Sadılı və Şıxzamanlı qəsəbələri, Gəncə şəhərinin 3 və 4 saylı sahə inzibati ərazi dairələrinin ərazisini təşkil edən hissəsi daxil olacaq.

Nizami bələdiyyəsinin əhatə etdiyi ərazi vahidlərinə Gəncə şəhərinin 1 və 2 saylı sahə inzibati ərazi dairələrinin ərazisini təşkil edən hissəsi daxil olacaq.

Bundan əvvəl Kəpəz bələdiyyəsinin əhatə etdiyi ərazi vahidinə Kəpəz rayonu (aşağıda göstərilən bələdiyyənin ərazisi çıxmaqla) daxil idi.

Eyni zamanda, Nizami bələdiyyəsinin əhatə etdiyi ərazi vahidinə Nizami rayonu daxil idi.



Xəbəri paylaş

1264 dəfə oxunub.

Digər xəbərlər