Tarix: 02-03-2023 | Saat: 16:10
Bölmə:Karusel / Dünya | çapa göndər
"Rusiya təhlükəsizlik arxitekturasının yenilənməsi ilə bağlı dialoqa çağırır".
Qarabaqinfo.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya XİN başçısının müavini Sergey Ryabkov deyib.
"Kosmik silahlanma yarışının qarşısının alınmasına dair sənədin hazırlanması zərurəti ABŞ-ın proqramlarına görə artıb. Rusiya Federasiyası START məhdudiyyətlərinə sazişdə iştirakını dayandırdıqdan sonra da riayət edir. ABŞ-ın Ukraynadakı münaqişəyə cəlb olunması nüvə güclərinin birbaşa toqquşması ilə nəticələnə bilər. Silahlara nəzarət sistemindəki problemlər NATO-nun atdığı destruktiv addımlarla bağlıdır. Qərb Lavrovun Cenevrədəki tərksilah konfransındakı çıxışına məhdudiyyətlər qoymaqla Rusiya ilə dialoqdan uzaqlaşmağa çalışır. ABŞ nüvə sınaqları keçirərsə, Rusiya Federasiyası adekvat cavab verməyə məcbur olacaq", - deyə o bildirib. modern.az
Digər xəbərlər