Ana Sayfa > Karusel / Dünya > ABŞ-a adekvat cavab verməyə məcbur olacağıq - Lavrovun müavini

ABŞ-a adekvat cavab verməyə məcbur olacağıq - Lavrovun müavini


2-03-2023, 16:10. Yazar: Admin

 

ABŞ-a adekvat cavab verməyə məcbur olacağıq - Lavrovun müavini

 

"Rusiya təhlükəsizlik arxitekturasının yenilənməsi ilə bağlı dialoqa çağırır".

 

Qarabaqinfo.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya XİN başçısının müavini Sergey Ryabkov deyib.

 

"Kosmik silahlanma yarışının qarşısının alınmasına dair sənədin hazırlanması zərurəti ABŞ-ın proqramlarına görə artıb. Rusiya Federasiyası START məhdudiyyətlərinə sazişdə iştirakını dayandırdıqdan sonra da riayət edir. ABŞ-ın Ukraynadakı münaqişəyə cəlb olunması nüvə güclərinin birbaşa toqquşması ilə nəticələnə bilər. Silahlara nəzarət sistemindəki problemlər NATO-nun atdığı destruktiv addımlarla bağlıdır. Qərb Lavrovun Cenevrədəki tərksilah konfransındakı çıxışına məhdudiyyətlər qoymaqla Rusiya ilə dialoqdan uzaqlaşmağa çalışır. ABŞ nüvə sınaqları keçirərsə, Rusiya Federasiyası adekvat cavab verməyə məcbur olacaq", - deyə o bildirib. modern.az


Geri dön