Saytımızı qiymətləndirin


 
 

50 yaşlı kişi evləndiyi qızla oğlunun nişanında tanış olub
Tarix: 12-12-2022 | Saat: 12:39
Bölmə:Karusel | çapa göndər

50 yaşlı kişi evləndiyi qızla oğlunun nişanında tanış olub

 

Gədəbəy rayonunda 17 yaşlı qız 50 yaşlı kişiyə ərə verildiyi iddia olunub.

 

Qarabaginfo.az xəbər verir ki, bu barədə məlumatlar sosial şəbəkələrdə yayılıb.

 

Amma qızın iddia edildiyi kimi 17 yox, 23 yaşı olduğu məlum olub.

 

İddia edilib ki, 17 yaşı qız 50 yaşlı Elfaq Şəkərbəyli ilə ailə həyatı qurur.

 

Oxu.Az-ın əldə etdiyi məlumata görə, E.Şəkərbəyli dörd dəfə evlənib-boşanıb. Bu, onun beşinci evliliyidir. Hazırda nişanlandığı 23 yaşlı qızla oğlunun nişanında tanış olub. Belə ki, kişi oğlunun nişanında gəlinin bacısını görüb, bəyənib. Daha sonra oğlu ilə nişanlısı ayrılsa da, kişi ilə 23 yaşlı qızla evlənməyə qərar verib. 

 

E.Şəkərbəyli iş adamıdır. 

 

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov saytımıza bildirib ki, yeniyetmənin nikaha daxil olması barədə Gədəbəy Polis Şöbəsinə hər hansı bir müraciət daxil olmayıb:

 

“Yayılan görüntülərdə qızın 17 yaşı olduğu qeyd edilib. Bütün bunlara baxmayaraq, araşdırma aparılır”.

 

Araşdırmalar nəticəsində ailə quran qızın 17 deyil, 23 yaşının olması məlum olub. Gənc qızla ailə quran 50 yaşlı  şəxs isə Gədəbəyin Əmiraslanlı (keçmiş Şəkərbəyli) kəndinin sakinidir. 



Xəbəri paylaş

153 dəfə oxunub.

Digər xəbərlər