Saytımızı qiymətləndirin


 
 

Kreml: “İlin sonuna qədər Əliyev-Paşinyan görüşü ola bilər“
Tarix: 07-12-2022 | Saat: 15:30
Bölmə:Karusel / Qarabağ | çapa göndər

Kreml: “İlin sonuna qədər Əliyev-Paşinyan görüşü ola bilər“

“Rusiya Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş keçirilməsi üçün yardım göstərməyə hazırdır”.

Qarabaginfo.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

O, danışıqların Sankt-Peterburqda MDB ölkələrinin başçılarının ənənəvi Yeni il ərəfəsi qeyri-rəsmi görüşü çərçivəsində baş tuta biləcəyini istisna etməyib.

Xatırıladaq ki, oktyabrın 31-də Azərbaycan Prezidenti İlham Əliyev Soçidə Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb.



Xəbəri paylaş

1163 dəfə oxunub.

Digər xəbərlər