Saytımızı qiymətləndirin


 
 

Qlobal "fintech" şirkətləri ötən il 210 mlrd. dollar investisiya cəlb edib
Tarix: 07-02-2022 | Saat: 18:32
Bölmə:Karusel / Gündəm | çapa göndər

Qlobal "fintech" şirkətləri ötən il 210 mlrd. dollar investisiya cəlb edib

Qlobal "fintech" şirkətləri 2021-ci ildə 210 mlrd. ABŞ dollarından çox investisiya toplayıb ki, bu da qismən kriptovalyutalara və blokçeyn texnologiyasına investor marağının artması sayəsində əvvəlki illə müqayisədə 70% çoxdur.

Qarabaginfo.az-ın məlumatına görə, bu barədə KPMG şirkətinin hesabatında deyilir.

 

Məlumata görə, kriptovalyutalara və blokçeynə yönəlmiş xidmətlərə investisiyalar rekord həddə – 30 mlrd. dollara çatıb. Ödəniş texnologiyası şirkətlərinə investor vəsaitlərinin axını 51,7 mlrd. dollar, kibertəhlükəsizliklə məşğul olan şirkətlərə isə 4,9 mlrd. dollar təşkil edib.

EMEA (Avropa, Yaxın Şərq və Afrika) ölkələrindən olan "fintech" şirkətləri Böyük Britaniyada 10 ən böyük sövdələşmədən 5-i olmaqla 77,4 mlrd. dollarlıq investisiya cəlb edib. Sektorda Britaniya şirkətlərinə investisiyalar 2020-ci illə müqayisədə 7 dəfə artaraq 37,3 mlrd. dollar təşkil edib.

Sektorda 2021-ci ildə bağlanan ən böyük əməliyyat London Fond Birjasının operatoru "London Stock Exchange Group Plc" (LSEG) tərəfindən dünyanın aparıcı maliyyə məlumat təminatçılarından biri olan "Refinitiv"in alınması olub.

Keçən il ABŞ-ın "fintech" şirkətlərinə sərmayələr 105 mlrd. dollar, Asiya-Sakit okean regionu şirkətlərinə isə 27,5 mlrd. dollar təşkil edib.



Xəbəri paylaş

1281 dəfə oxunub.

Digər xəbərlər