Saytımızı qiymətləndirin


 
 

Bakı metrosunda reklam videosu çəkənlər tutuldu
Tarix: 06-12-2022 | Saat: 12:09
Bölmə:Karusel | çapa göndər

Bakı metrosunda reklam videosu çəkənlər tutuldu

“Bakı Metropoliteni”ndə müvafiq rəsmi müraciət və icazə olmadan, stansiyalardan birinin eskalatorunda təmizləyici maddədən istifadə etməklə bu prosesi videogörüntüyə almağa cəhd göstərən şəxslər saxlanılıb.

Qarabaginfo.az “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidmətinə istinadən xəbər verir ki, Metropolitendə Poliş Şöbəsinin əməkdaşları tərəfindən saxlanılan şəxslər inzibati məsuliyyətə cəlb olunublar.

Bildirilib ki, “Bakı Metropoliteni”nin fəaliyyəti müvafiq texniki normativ qaydalarla, metropolitendən istifadə qaydaları isə Nazirlər Kabinetinin qərarı ilə tənzimlənir: “Qeyd edilənlər nəzərə alınaraq, metropoliten infrastrukturuna daxil olan avadanlıq, qurğu, maşın və mexanizmlərə kənar şəxslərin müdaxiləsi, həmçinin təhlükəsizliyə zidd olan və xələl gətirən istənilən davranış qaydaları yolverilməzdir”.



Xəbəri paylaş

84 dəfə oxunub.

Digər xəbərlər