Saytımızı qiymətləndirin


 
 

Şəhidimiz var, düşmənin 20-yə yaxın canlı qüvvəsi məhv edilib
Tarix: 16-07-2020 | Saat: 17:52
Bölmə:Karusel / Qarabağ | çapa göndər

 

Azərbaycan əsgəri şəhid olub, düşmənin 20-yə yaxın canlı qüvvəsi məhv edilib

İyulun 16-da səhər saat 05:45-dən başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində aktiv döyüş əməliyyatları keçirilir.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. 

Hazırkı vaxtadək davam edən döyüşlərdə düşmənin 20-yə yaxın canlı qüvvəsi, 1 zirehli texnikası, 1 radioelektron mübarizə (REM) vasitəsi, döyüş postları və dayaq məntəqəsi bölmələrimizin sərrast atəşi ilə məhv edilib.

Döyüşlər zamanı Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İsmayılov Nazim Əfqan oğlu şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin ailəsinə başsağlığı verir və səbr diləyir. Allah rəhmət eləsin!

Bölmələrimiz düşmənin döyüş aktivliyinin qarşısını almaq məqsədi ilə cavab tədbirləri görür.



Xəbəri paylaş

348 dəfə oxunub.

Digər xəbərlər
24-01-2022, 10:46 Fatma Girik vəfat edib