Saytımızı qiymətləndirin


 
 

Pentaqondan Türkiyəni qəzəbləndirən AÇIQLAMA
Tarix: 30-11-2022 | Saat: 11:13
Bölmə:Karusel / Region | çapa göndər

Pentaqondan Türkiyəni qəzəbləndirən AÇIQLAMA

ABŞ Müdafiə Nazirliyinin sözçüsü Patrik Rayder Türkiyənin terror hədəflərinə qarşı icra etdiyi “Pəncə Qılınc” antiterror əməliyyatına münasibət bildirib.

 

Qarabaginfo.az “Hürriyet”ə istinadən xəbər verir ki, Pentaqon rəsmisinin fikrincə, davam edən toqquşmalar, xüsusən də quru əməliyyatları dünyanın İŞİD terror təşkilatına qarşı əldə etdiyi uğurları təhlükə altına ata bilər.

 

P.Rayder həmçinin müttəfiq olan Türkiyənin daxilində yaranan terror təhdidinə qarşı legitim təhlükəsizlik qayğılarını anladıqlarını bəyan edib. O, təmkinliliyi qorumağa çağırıb.

 

ABŞ rəsmisinin sözlərinə görə, yaxın vaxtlarda Pentaqon rəhbəri Lloyd Ostinin türkiyəli həmkarı Hulusi Akarla telefon danışığının aparılması nəzərdə tutulur.

 

Qeyd edək ki, bir müddət əvvəl İstanbulda baş verən terror aktından sonra Türkiyə İraqda və Suriyanın şimalında PKK/YPG hədəflərinə qarşı havadan əməliyyatlara start verib. Türkiyə ordusunun yaxın vaxtlarda quru əməliyyatlarına başlaması gözlənilir.(Modern.az)



Xəbəri paylaş

1118 dəfə oxunub.

Digər xəbərlər