Saytımızı qiymətləndirin


 
 

MN: Rusiya sülhməramlılarının rəsmi məlumatlarında yaşayış məntəqələrimizin adları uydurma erməni toponimləri ilə qeyd edilir
Tarix: 25-11-2022 | Saat: 00:42
Bölmə:Karusel / Manşet | çapa göndər

MN: Rusiya sülhməramlılarının rəsmi məlumatlarında yaşayış məntəqələrimizin adları uydurma erməni toponimləri ilə qeyd edilir

“Rusiya Müdafiə Nazirliyi yaşayış məntəqələrimizi uydurma erməni toponimləri ilə qeyd edir”.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

 

“Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunun yaşayış məntəqələrinin Azərbaycan toponimlərinə uyğun adlı siyahısı və xəritəsi Rusiya Federasiyasının Müdafiə Nazirliyi, Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin əvvəlki və hazırkı komandanlığı, eləcə də Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinə Azərbaycan tərəfindən rəsmi qaydada göndərilmiş və məlumatlarda məhz bu adlardan istifadə olunması barədə dəfələrlə müraciət edilmişdir”,- deyə məlumatda qeyd olunub.

Bildirilib ki, bütün bunlara baxmayaraq, təəssüf ki, Rusiya Federasiyasının Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində dərc olunan Rusiya Federasiyasının sülhməramlı kontingentinin rəsmi məlumatlarında yaşayış məntəqələrimizin adları uydurma erməni toponimləri ilə qeyd edilir.



Xəbəri paylaş

199 dəfə oxunub.

Digər xəbərlər