Saytımızı qiymətləndirin


 
 

Ərdoğan bölgədə sülhün təmin olunması üçün Trampla əməkdaşlığı davam etdirəcəklərini deyib
Tarix: 13-07-2026 | Saat: 22:11
Bölmə:Karusel / Siyasət | çapa göndər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan

 

Türkiyə-ABŞ münasibətlərinin gücləndirilməsi üçün Trampla əməkdaşlığı davam etdirəcəyik.
Qarabaginfo.az xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciəti zamanı səsləndirib.

Türkiyə lideri 36-cı NATO Liderlər Zirvəsi çərçivəsində ABŞ Prezidenti Donald Trampın dövlət başçısı səviyyəsində 17 ildən sonra Türkiyəyə etdiyi rəsmi səfəri məmnunluqla qarşıladığını bildirərək, bunu əlamətdar hadisə kimi qiymətləndirib.

“İstər Türkiyə-ABŞ münasibətlərinin daha da möhkəmləndirilməsi, istər ikitərəfli ticarət dövriyyəmizin 100 milyard dollar hədəfinə çatdırılması, istərsə də bölgəmizdə sülhün və sabitliyin təmin olunması istiqamətində cənab Trampla birlikdə çalışmağa davam edəcəyik”, – Ərdoğan qeyd edib.



Xəbəri paylaş

34 dəfə oxunub.

Digər xəbərlər

12-07-2026, 22:46Qəzzaya zərbə endirildi