Saytımızı qiymətləndirin


 
 

Peskov: Ermənistanla Azərbaycanın sülhə razı olması üçün onlara yardım edilməlidir
Tarix: 23-11-2022 | Saat: 23:50
Bölmə:Karusel / Manşet | çapa göndər

Peskov: Ermənistanla Azərbaycanın sülhə razı olması üçün onlara yardım edilməlidir

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Ermənistanla Azərbaycan arasında münaqişənin həllində səyləri tələb olunur.

Qarabaginfo.az-ın məlumatına görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov İrəvanda KTMT sammitinin yekunları ilə bağlı mətbuat konfransında bildirib.

 

Kreml nümayəndəsi Ermənistanın Baş naziri Nikol Paşinyanın KTMT-nin Bakı ilə İrəvan arasındakı vəziyyətlə bağlı işini fiasko kimi şərh etməyə daha çox meylli olduğu barədə sözlərinə diqqət çəkib.

"Bu, erməni tərəfinin nöqteyi-nəzəridir, vəziyyətə bu cür baxmaq erməni tərəfinin haqqıdır. Amma digər tərəfdən, bu vəziyyətdə KTMT-yə olan tələb göz qabağındadır", - deyə Kremlin sözçüsü vurğulayıb.

Peskov xatırladıb ki, KTMT-nin səlahiyyətli nümayəndələri bu yaxınlarda keçirilən fövqəladə sammitin qərarı ilə təmas zonasına gələrək vəziyyətlə bağlı fikirlərini bölüşüblər: “Məhz KTMT səlahiyyətli şəxslərinin bu səfəri əsasında KTMT nümayəndələri indi necə davam edəcəkləri barədə qərar verməlidirlər ki:

A) KTMT hələ də vəziyyətin həllinə, gərginliyin azaldılmasına töhfə versin;

B) Ermənistan üçün də, Azərbaycan üçün də sülhməramlı rolu oynaya bilsin və erməni tərəfi bütün şübhələrini aradan qaldırsın”, - deyə Rusiya prezidentinin mətbuat katibi əlavə edib.

Kremlin sözçüsü Azərbaycanla Ermənistan arasında sülh sazişi haqqında danışıb. O bildirib ki, Ermənistan və Azərbaycanın sülhə razı olması üçün onlara yardım etmək lazımdır: "Hamı bir-biri ilə rəqabət aparmadan bütün səylərini göstərməlidir. Ermənistan və Azərbaycanın sülh müqaviləsi üzrə razılığa gəlməsi çox vacibdir. Bu, əsas vəzifədir. Biz hamımız bir-birimizlə rəqabət aparmadan, hər cür səy göstərməliyik ki, vəzifə yerinə yetirilsin, iki ölkəyə sülh müqaviləsi imzalanmağa kömək edək".

Peskovun sözlərinə görə, sülh müqaviləsinin imzalanması mövzusu çoxlu sayda detal və nüanslarla çərçivələnib: "Bu nüanslar üzərində hələ razılığa gəlmək lazım olacaq", - deyə Putinin mətbuat katibi əlavə edib.




119 dəfə oxunub.

Digər xəbərlər