Saytımızı qiymətləndirin


 
 

Rubio mayın 23-dən 26-dək Hindistana səfər edəcək
Tarix: 20-05-2026 | Saat: 08:21
Bölmə:Karusel / Dünya | çapa göndər

Marko Rubio

 

ABŞ dövlət katibi Marko Rubio 22 mayda İsveçdə keçiriləcək NATO xarici işlər nazirlərinin görüşündə iştirak edəcək.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin yazılı açıqlamasında məlumat verilib.

Məlumata görə, o, Danimarka, İslandiya, Kanada, Norveç, Finlandiya və İsveç nümayəndələri ilə Arktikada ortaq iqtisadi və təhlükəsizlik maraqları və onların Şimalda mövcudluğunun gücləndirilməsi barədə danışacaq.

Rubio bundan başqa İsveçin Baş naziri Ulf Kristersson və NATO-nun baş katibi Mark Rutte ilə ikitərəfli görüşlər də keçirəcək.

Rubionun daha sonra Hindistan hökuməti ilə enerji təhlükəsizliyi, ticarət və müdafiə sahəsində əməkdaşlığı müzakirə etmək üçün 23-26 may tarixlərində Hindistana səfər edəcəyi bildirilir.

Onun Kəlkətə, Aqra, Caypur və Yeni Dehliyə səfər edəcəyi gözlənilir.



Xəbəri paylaş

47 dəfə oxunub.

Digər xəbərlər