Saytımızı qiymətləndirin


 
 

Ermənipərəst senatorun başı dərddə - İstintaq aparılır
Tarix: 19-11-2022 | Saat: 19:43
Bölmə:Karusel / Manşet | çapa göndər

Ermənipərəst senatorun başı dərddə - İstintaq aparılır

ABŞ-ın Manhetten prokurorluğu ermənipərəst çıxışları ilə tanınan Nyu-Cersi ştatından olan senator Robert Menendezin həyat yoldaşı Nadin Arslanyanın ərinin mövqeyinə təsir göstərmək istəyən şəxslərdən hədiyyə almasını və onların xidmətlərindən yararlanmasını araşdırır.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “Wall Street Journal” yazıb.

Nəşrin məlumatına görə, Arslanyanın tərəfdaşları Nyu-Yorkun Cənub Dairəsi üzrə prokurorluğun apardığı istintaq prosesi çərçivəsində məhkəməyə çağırılıb və onlardan həm Nadine Arslanyan, həm də Robert Menendez haqqında məlumat vermələri istənilib.

İstintaq amerikalı senatorun 2015-ci ilin aprelində Floridada çalışan göz həkimi Salomon Melqendən rüşvət alması ilə bağlı işdən ayrı aparılır. O zaman prokurorlar Menendezi seçki kampaniyası çərçivəsində 1 milyon dollara yaxın ianə və bahalı hədiyyələr almaqda, həmçinin Melqenin şəxsi təyyarəsindən səyahət etməkdə günahlandırıblar.

Nadine Arslanyana qarşı hazırkı istintaq 2019-cu ildə baş vermiş hadisələrlə bağlıdır. Belə ki, Misirə ixrac olunan ətin halal olduğunu sertifikatlaşdırmağa icazəsi olan yeganə şirkətin rəhbəri Nyu-Cersili iş adamı Vael Xananın əmlakında axtarış aparmaq üçün icazə verilib. Həmin şəxs Arslanyanın ortağıdır.

Prokurorluq hazırda iş materiallarına əsasən, mümkün gizli xarici lobbiçilik faktının olub-olmadığını araşdırır.



Xəbəri paylaş

1141 dəfə oxunub.

Digər xəbərlər