Saytımızı qiymətləndirin


 
 

Ərdoğan: Rusiya və ABŞ-ın nüvə silahına dair hər hansı təşəbbüsü yoxdur, bu, kəşfiyyat məlumatıdır
Tarix: 17-11-2022 | Saat: 15:25
Bölmə:Karusel / Region | çapa göndər

Rəcəb Tayyib Ərdoğan

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns və onun rusiyalı həmkarı, Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkinin Ankarada görüşünə münasibət bildirib.

Qarabaginfo.az “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Ərdoğan G20 sammitindən sonra jurnalistlərə müsahibəsində bildirib ki, Türkiyə ABŞ və Rusiyanın bir araya gəlməsini təmin etmək istəyir.

“Bu qədərini deyə bilərəm ki, Rusiya və Amerikanın nüvə silahına müraciət edib-etməyəcəyi məsələsində Kəşfiyyat İdarəsinin rəhbərindən aldığım məlumata görə, hazırda hər iki tərəfin də nüvə silahı ilə bağlı hər hansı bir təşəbbüsü yoxdur. Biz də tez-tez bir araya gəlmələrini təmin etmək istəyirik. Allah göstərməsin, bu yeni bir dünya savaşına yol açar. Buna da fürsət verməyək”, - Ərdoğan qeyd edib.



Xəbəri paylaş

1151 dəfə oxunub.

Digər xəbərlər