Saytımızı qiymətləndirin


 
 

İsrafil Məmmədov: SFBF Azərbaycana yatırım imkanlarının tanıdılması baxımından uğurlu platformadır
Tarix: 16-11-2022 | Saat: 18:40
Bölmə:Karusel | çapa göndər

İsrafil Məmmədov: SFBF Azərbaycana yatırım imkanlarının tanıdılması baxımından uğurlu platformadır

Suveren Fondların Beynəlxalq Forumu (SFBF) kimi qlobal institutun institusional idarəetmə standartlarının və hesabatlılığının Azərbaycan Dövlət Neft Fondunun fəaliyyətində əks etdirilməsi, ölkənin investisiya siyasətində və makroiqtisadi sabitliyin təmin edilməsində Azərbaycan Dövlət Neft Fondunun rolunun gücləndirilməsinə zəmin yaradır.

Qarabaginfo.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru İsrafil Məmmədov Suveren Fondların Beynəlxalq Forumunun (IFSF) 14-cü iclasına həsr olunmuş mətbuat konfransında deyib.

 

"Bu forum Azərbaycanın 2030-cu ilə baxışı və 2022-2026-cı illər üçün sosial-iqtisadi strategiya kontekstində uzunmüddətli inkişaf potensialının və ölkənin inkişaf istiqamətlərinin iri institusional investorlara nümayiş etdirilməsi üçün uğurlu platformadır" - deyə İ.Məmmədov əlavə edib.



Xəbəri paylaş

1101 dəfə oxunub.

Digər xəbərlər