Saytımızı qiymətləndirin


 
 

ABŞ Ermənistanda yerləşən Rusiya şirkətinə sanksiya tətbiq edib
Tarix: 14-11-2022 | Saat: 22:25
Bölmə:Karusel / Manşet | çapa göndər

ABŞ Ermənistanda yerləşən Rusiya şirkətinə sanksiya tətbiq edib

ABŞ Maliyyə Nazirliyi Rusiya ilə əlaqəli hüquqi və fiziki şəxslərə sanksiya tətbiq edib.

Qarabaginfo.az xəbər verir ki, onlar Rusiyanın hərbi sənayesinə yardım etməkdə ittiham olunur.

 

Ümumilikdə, sanksiyalar 14 fiziki şəxs v 28 qurumu əhatə edir.

Onların arasında Ermənistanda yerləşən şirkət də var.

“Milandr”ın Ermənistanda yerləşən filialı “Milur Electronics” MMC mikroçiplər istehsal etmək və xaricə satışlar həyata keçirmək məqsədi ilə yaradılmışdır.

Şirkət Rusiyanın elektronika istehsalı sektorunda çalışır.

Eyni zamanda ABŞ Maliyyə Nazirliyi Ermənistanda yerləşən "Milur Electronics" MMC, İsveçrənin "Milur SA" və Tayvanın "Sharp Edge Engineering Inc" şirkətlərini qara siyahıya salıb. Hər üç şirkətin "Milandr" ilə əlaqəli olduğu vurğulanır.

“Birləşmiş Ştatlar Kremlin hərbi təchizat zəncirlərini ifşa etməyə və pozmağa davam edəcək. Rusiya Ukraynaya qarşı qeyri-qanuni müharibə aparmaq üçün lazım olan avadanlıq və texnologiyadan imtina etməlidir”, - deyə Maliyyə Naziri Canet Yellen bildirib.



Xəbəri paylaş

1103 dəfə oxunub.

Digər xəbərlər