Saytımızı qiymətləndirin


 
 

Ekspert: "Azərbaycan-Türkiyə diplomatik əlaqələri siyasi proseslərə öz təsirini göstərəcək"
Tarix: 14-01-2022 | Saat: 19:09
Bölmə:Karusel / Siyasət | çapa göndər

"Azərbaycan və Türkiyə arasındaki diplomatik əlaqələrin bərpasından tarixi baxımdan çox da uzun müddət keçməyib. Ancaq mahiyyət etibarilə iqtisadi, hərbi, siyasi prizmalardan baxdıqda əldə olunan nailiyyətlər qənaətbəxşdir".

Qarabaginfo.az bildirib ki, bu fikirləri "Report"un yerli bürosuna açıqlamasında İstanbul Aydın Universitetinin Siyasi elmlər fakültəsinin doktoru Murad Jane bildirib.

Ekspert qeyd edib ki, xüsusilə postpandemiya dövründə diplomatik sahədə daha güclü əməkdaşlığa ehtiyac var:

"Dünyanın yenidən şəkilləndiyi, quruluşca yenidən dizayn olunduğu postpandemiya dövründə iki qardaş ölkənin diplomatik əlaqələrini gücləndirməkdə, yüksək səviyyəli həmrəylik nümayiş etdirməkdə fayda var. Bunun nə qədər vacib və doğru addım olduğuna, İkinci Qarabağ müharibəsi zamanı da şahid olduq".



Xəbəri paylaş

1265 dəfə oxunub.

Digər xəbərlər