Saytımızı qiymətləndirin


 
 

Fransız hava şirkəti Belarus üzərindən uçuşları dayandırdı
Tarix: 25-05-2021 | Saat: 10:21
Bölmə:Karusel / Gündəm | çapa göndər

title

Fransız hava şirkəti “Air France” “Ryanair” təyyarəsi ilə yaşanan hadisədən sonra Belarusun hava məkanından uçuşları dayandırdığını açıqlayıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “Frans-Press” agentliyi məlumat yayıb.

Qeyd olunub ki, uçuşlar "növbəti xəbərdarlığa qədər" dayandırılır.

Yunanıstandan Litvaya uçan “Ryanair” təyyarəsində nə baş verib?

Mayın 23-də Afinadan Vilnüsə uçan “Ryanair” şirkətinə məxsus təyyarə “bomba təhlükəsi” səbəbilə Belarusun Minsk Beynəlxalq Hava Limanına təcili eniş edib. Belaruslu insan hüquqları fəalları ölkədə ektremist kimi tanınan “Nexta” teleqram kanalının qurucusu 26 yaşlı Roman Protaşeviçin də həmin təyyarədə olduğunu bildiriblər. Təyyarə Minskə endikdən sonra sənədlərin yoxlanılması prosesi zamanı Protaşeviç saxlanılıb və ona qarşı cinayət işi qaldırılıb.

Afinadan Vilnüsə uçan təyyarə bomba təhlükəsi səbəbilə Minskə təcili eniş edib

 

Belarus hakimiyyət orqanları sözügedən təyyarənin “HƏMAS tərəfindən bomba yerləşdirilməsi” xəbərdarlığı səbəbilə məcbur eniş etdiyini bildiriblər. HƏMAS isə iddiaları rədd edib. Qərb mənbələri ölkə hakimiyyətinin məhz Protaşeviçi həbs etmək məqsədilə təyyarəni Minskdə endirdiyini qeyd edirlər. Artıq bir sıra ölkələr Belarus üzərindən uçuşları ləğv ediblər. Avropa İttifaqı isə ölkəyə və prezident Aleksandr Lukaşenkoya qarşı sanksiyalar tətbiq etməyə hazırlaşır.

ABŞ Prezidenti Co Bayden Belarus hakimiyyət orqanlarının bu hərəkətini “çirkin” adlandırıb.

Xatırladaq ki, Roman Protaşeviç teleqram üzərindən fəaliyyət göstərən “Nexta” media qurumunun yaradıcısı və sabiq redaktorudur. O, 2019-cu ildə Belarusdan Litvaya mühacirət edib. Oradan 2020-ci ildə Belarusda keçirilən prezident seçkiləri barədə məlumatlar yayan Potaşeviç ölkə hakimiyyəti tərəfindən “terrorizm və qiyama təşviqetmə” maddələri ilə təqsirli bilinib.

Belarus: Roman Protasevich appears in new video after arrest following 'state-sponsored hijacking' | World News | Sky News


Xəbəri paylaş

1312 dəfə oxunub.

Digər xəbərlər