Saytımızı qiymətləndirin


 
 

Emin 13 yaşlı oğlunun biznesindən danışdı
Tarix: 10-11-2022 | Saat: 17:48
Bölmə:Karusel | çapa göndər

Emin 13 yaşlı oğlunun biznesindən danışdı

Xəbər verdiyimiz kimi, Xalq artisti, biznesmen Emin Ağalarov Rusiyanın “Hello!” nəşrinə müsahibə verib.

Qarabaginfo.az xəbər verir ki, o, müsahibəsində övladlarından da danışıb.

Ağalarov 13 yaşlı oğlu Mikayılın biznesə marağı olduğunu deyib: “Onun “Sea Breeze” ərazisində kiçik konfet mağazası var. Mika orada şirniyyat satır və məndən daim hesabat tələb edir: “Ata, bir ayda nə qədər pul qazandım? Maaş nə qədərdir?” Maraqlanır ki, binanı tikmək neçiyə başa gəlir? Biznes proseslərini dərk etməyə çalışır”.

Xalq artisti digər övladları haqda bunları deyib: “Əli mahnılar yazdırmağa davam edir. Tezliklə, ola bilsin, albom buraxacağıq. Bu yaxınlarda gitarada ifa etməyə başlayıb. Bu məşğuliyyət ona çox zövq verir. Bütün uşaqlarım idmanla məşğuldur: oğlanlar fubol və cüdo, Əminə karate, Afina baletlə. Ümumilikdə, məktəb, idman, tərbiyə - uşaq rejimi belədir”.

 

 



Xəbəri paylaş

113 dəfə oxunub.

Digər xəbərlər