Saytımızı qiymətləndirin


 
 

Hikmət Hacıyev: Şuşa Media Forumu azad edilmiş ərazilərdə həyatı işıqlandırmağa imkan verir
Tarix: 20-07-2025 | Saat: 11:56
Bölmə:Karusel / Siyasət | çapa göndər

 

Picture background

Şuşa Qlobal Media Forumu postmünaqişə dövründə azad edilmiş ərazilərdə həyatı işıqlandırmağa imkan verir.

Qarabaginfo.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün III Şuşa Qlobal Media Forumu çərçivəsində “İnnovativ Yanaşmalar: Rəqəmsal Erada Media Savadlılığı” panelində deyib.

Hikmət Hacıyev qeyd edib ki, Şuşa unikal məkandır, bir çox şairlər, mədəniyyət xadimləri bu şəhərdə yaşayıb: “Azərbaycanın işğal altında olan şəhərləri uzun illər dezinformasiyanın mərkəzi olub. Xocalı soyqrımı baş verib. Foruma Dünyanın müxtəlif yerlərindən qonaqlar dəvət etmişik. III Şuşa Qlobal Media Forumu postmünaqişə dövründə azad edilmiş ərazilərdə həyatı işıqlandırmağa imkan verir”.



Xəbəri paylaş

30 dəfə oxunub.

Digər xəbərlər