Tarix: 10-06-2021 | Saat: 09:37
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər
Bu gün bir sıra media orqanlarında “Bakı Dövlət Universitetinin sabiq rektoru, AMEA-nın həqiqi üzvü Abel Məhərrəmov məhkəməni uduzdu- 800 min manat ödəyəcək” başlığı ilə yayımlanan yazıda qeyd olunanların həqiqəti əks etdirmədiyi məlum olub.
Qarabaginfo.az xəbər verir ki, sabiq rektor Abel Məhərrəmovun yaxın qohumu İsmixan Mirzəyevin ona qarşı qaldırdığı iddia təmin edilməyib. Belə ki, iyunun 8-də Yasamal rayon Məhkəməsində hakim Vahid Hacıyevin sədrliyi ilə keçirilən məhkəmə 4-cü baxışda İ. Mirzəyevin iddiasını rədd edərək işə xitam verib.
Qeyd edək ki, İ. Mirzəyev Abel Məhərrəmovun ona 800 min manat ödəməli olduğunu iddia edirdi.
Lakin hakim Vahid Hacıyevin sədrliyi ilə aparılan məhkəmədə bu iddia ciddi olaraq araşdırılıb və heç bir dəlil sübut olmayan bu iş rədd edilib./Unikal.org
Digər xəbərlər