Saytımızı qiymətləndirin


 
 

Mənə ev verildiyinə görə Prezidentimizə təşəkkür edirəm- Milli Qəhrəman Natiq Qasımovun anası
Tarix: 25-07-2024 | Saat: 17:40
Bölmə:Karusel / Sosial | çapa göndər

“Mənə ev verildiyinə görə Prezidentimizə təşəkkür edirəm. Natiq Qasımova göstərilən diqqətə görə hər kəsə minnətdaram”.

Bunu Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun anası Dursun Qasımova deyib.

Dursun Qasımov ona ev verilməsinə görə Prezident, Ali Baş Komandan İlham Əliyevə minnətdarlığını bildirib: “Bu gün dövlət tərəfindən bizə ev verildi. Çox sevinirik. Natiqin qədrini bilən hər kəsə təşəkkür edirəm. Çox sağ olsunlar”.

Qeyd edək ki, bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid Milli Qəhrəman Natiq Qasımovun anası Dursun Qasımovaya Gəncə şəhərində yerləşən MİDA yaşayış kompleksindən ikiotaqlı, tam təmirli mənzil təqdim edilib.

Prezident İlham Əliyevin 25 iyun 2024-cü il Sərəncamına əsasən Natiq Səlim oğlu Qasımova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib(apa).



Xəbəri paylaş

197 dəfə oxunub.

Digər xəbərlər