Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinə aprelin 12-də Qala qəsəbə sakini M.İmaməddinovun “Mercedes” markalı avtomobilinin qəsəbə ərazisindən qaçırılması barədə məlumat daxil olub. 

DİN-dən Qarabaginfo.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakinləri Ülvi Abbasov və Süleyman Qasımov avtomobillə birlikdə saxlanılıblar. 

Xəzər RPİ-də araşdırma aparılır.