Saytımızı qiymətləndirin


 
 

Ukraynada nə baş verir? - Nüvə silahına əl atacağını deyən Putinə CAVAB
Tarix: 10-11-2022 | Saat: 17:34
Bölmə:Karusel / Region | çapa göndər

Son zaman dünya siyasi gündəmini Rusiya Prezidenti Vladimir Putinin Ukrayna cəbhəsində məğlubiyyətə uğrayacağı təqrdirdə, nüvə silahına əl atacağı haqda dolaşan iddialar zəbt edib. İddialara səbəb kimi isə Putinin Rusiya ərazisini qorumaq üçün nüvə silahından istifadə etməyə hazır olduğu barədə açıqlaması olub.  Onun bu sözləri  bütün dünyada ciddi narahatlığa səbəb olub. Hətta ABŞ Prezidenti Co Bayden Putinə xəbərdarlıq edərək, bunun İkinci Dünya Müharibəsindən bəri ən dəhşətli hərbi eskalasiya olacağını da bildirib.

Qarabaginfo.az xəbərverir ki, məsələ ilə bağlı ukraynalı deputat, siyasi şərhçi Oleksandr Merejko Ednews-a açıqlamasında bu cür absurd xəbərlərin şayiədən başqa bir şey olmadığını bildirib.

“Putin özü çox gözəl bilir ki, o, nüvə silahından istifadə etsə, bu Rusiyanın sonunu gətirəcək. Bəzi Qərb yönümlü qüvvələr buna inanır, bəziləri isə bu cür xəbəri yaymaqla öz mənafeyini güdür. Çünki onlar Ukraynaya olan dəstəyin qarşısını almaq istəyirlər”.

Siyasətçi,  həmiçinin rəsmi Kremlin son zamanlar bir-birini təkzib edən açıqlamalarından da söz açıb. O, vurğulayıb ki, Rusiya müharibə başlayan gündən məğlub tərəf hesab olunub.

“Rusiya ilk məğlubiyyətini Kiyev şəhərində, daha sonra Xarkovda yaşadı. Rusiyanın bu  məğlubiyyət dalğası hələ də davam edir. Bir müddət əvvəl Ukrayna qoşunları böyük bir ərazini işğaldan azad etdi. Rusiya bir tərəfdən 6 mindən az əsgərinin öldüyünü, digər tərəfdən isə 300 min vətəndaşın səfərbərliyə cəlb olunduğunu bildirir. Bu cür bir-birinin əksi olan məlumatları Rusiya necə bəyan edə bilər?”

Merejko, Putinin səfərbəylik elan etməsinin ölkə və vətəndaşlarını riskə atdığını, hətta bu gedişlə ölkədə inqilabın baş verəcəyi ehtimalından da danışıb.

“Mənim fikrimcə, Rusiya əsas məğlubiyyətini Putinin dövründə yox, ondan sonra gələn rəhbərin dövründə yaşayacaq. Rusiyanın tarixinə nəzər yetirdikdə, görərik ki, böyük rus diviziyasının hər məğlubiyyətindən sonra ölkədə çevriliş baş verib.  Düşünürəm ki, hazırkı hakimiyyəti də eyni aqibət gözləyir. Putinin ətrafı belə, onunla birgə uçuruma getməyi düşünmür. Bu vəziyyət mənə Böyük Vətən müharibəsinin sonlarında Adolf Hitlerin düşdüyü vəziyyəti xatırladır”.

Deputatın sözlərinə görə, əgər Ukrayna bu savaşda qələbə qazanarsa, yalnız o zaman sülh baş verə bilər. Lakin o, bildirib ki, diplomatik cəhətdən bu real deyil, çünki qarşı tərəfə heç bir güvən yoxdur. 

“Mən buna Minsk danışıqları zamanı şahid oldum”.

Sonda O.Merejko Azərbaycanın Ermənilərə təklif etdiyi sülh danışıqlarından və qarşı tərəfin sazişin imzalanmaması üçün törətdiyi təxribatlardan da söz açıb.

“Gördüyünüz kimi Azərbaycanın Ermənistanla etdiyi sülh danışıqları heç bir nəticə vermir. Əgər qarşı tərəf sülh tərəfdarı deyilsə, danışıqlar aparmağın heç bir mənası yoxdur. Müharibə zamanı atəşkəsin olması isə sadəcə hərbi cəhətdən güclənmək üçün bir vasitədir”.



Xəbəri paylaş

1140 dəfə oxunub.

Digər xəbərlər
9-10-2021, 16:58 Prezident Hadruta GETDİ