Saytımızı qiymətləndirin


 
 

“Ölüm sayının daha da artacağı gözlənilir” - Türkiyəli deputat
Tarix: 09-02-2023 | Saat: 15:59
Bölmə:Karusel | çapa göndər

“Ölüm sayının daha da artacağı gözlənilir” - Türkiyəli deputat

 

"Hazırda Türkiyə çətin durumla üz-üzədir".  

 

Bunu Modern.az-a Türkiyə Böyük Millət Məclisində (TBMM) AKP-ni təmsil edən deputat Şamil Ayrım zəlzələ bölgəsindəki son vəziyyət barədə danışarkən deyib. 

 

O bildirib ki, zəlzələ bölgəsinə ciddi ziyan dəyib: “Həmin əraziyə çox böyük ziyan dəyib. Təəssüf ki, Türkiyə zəlzələ bölgəsində yerləşir. Zaman-zaman zəlzələ ilə qarşılaşmışıq, amma bu qədər böyük hadisə ilə qarşılaşacağımızı bilmirdim. Dağıntıda həyatını itirənlərin sayı artır, hara qədər gedəcəyi məlum deyil. Yıxılan binaları görəndə ölüm sayının daha da artacağı görünür. Yaralılarımız da çoxdur. Vəziyyəti ağır olanları Ankara və İstanbula göndərirlər. Zəlzələ olan bölgə 14 milyon insanımızın yaşadığı yerdir, 10 vilayəti əhatə edir. İndi isə Türkiyə sadəcə zamana qarşı mübarizə aparır. Hava şəraitin pis olması yardımların çatdırlmasına əngəllər yaradır”.

 

 

Türkiyəli deputat azərbaycanın yardımlarını unutmayacaqlarını deyib: “Dünyanın hər yerindən xilasetmə qrupları gəlir. Təbii ki, ilk gündən can Azərbaycandan yardımlar göndərilməyə başlandı. Onlar canla-başla yardımlarda iştirak edirlər. Azərbaycan xalqının göstərdiyi yardımlardan xəbərdarıq, onlara təşəkkürümüzü bildiririk. Azərbaycan xalqından yüzlərlə zəng, mesaj almışıq. Onlar gəlmək istədiklərini bildirirlər. Allah hamınızdan razı olsun”. 

 

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb. Təbii fəlakət zamanı ölənlərin sayı 14 351 nəfərə çatıb. Yaralı sayı 62 937 nəfərdən çoxdur.



Xəbəri paylaş

119 dəfə oxunub.

Digər xəbərlər