Saytımızı qiymətləndirin


 
 

Deputat qızların təhsil haqqının dövlət tərəfindən ödənilməsini təklif edib
Tarix: 10-11-2022 | Saat: 13:10
Bölmə:Karusel / Sosial | çapa göndər

Razi Nurullayev, Milli Məclisin deputatı

“Büdcədən onkoloji xəstəliklərə ayrılan 47 milyon vəsait çox azdır”.

Qarabaqinfo.az  xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə və Mədəniyyət komitələrinin birgə iclasında deputat Razi Nurullayev deyib.

Deputat təklif edib ki, icbari tibbi sığortaya 40-50 milyon vəsait ehtiyat kimi ayrılsın: “Elə ailələr var ki, onkoloji xəstəliyə görə ölüm-dirim mübarizəsi aparır. Ayrılan ehtiyat vəsait onların müalicəsinə xərclənsin”.

Deputat illik gəliri 15-20 min olan ailələrdə qız uşaqlarının təhsil haqqının da dövlət tərəfindən ödənilməsini istəyir: “Bu, çox vacibdir. Digər tərəfdən, rayonlarda hazırda istirahət etmək üçün yer restoran, kafedir. Biz bu gün kitabxanaları mədəniyyət mərkəzinə çevirməliyik. Hər rayonda kitabxanalara ayrılan vəsaitin azaldılması yox ,artırılması lazımdır”



Xəbəri paylaş

1142 dəfə oxunub.

Digər xəbərlər
25-04-2022, 13:01 Sabah 29° isti olacaq