İran ilk yerli hipersəs ballistik raketini hazırlayıb.
Qarabaginfo.az xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandiri Əmirəli Hacızadə deyib.
O vurğulayıb ki, hazırlanmış raket düşmənin raket əleyhinə sistemlərinin məhv edilməsi üçün həll yoludur. Onun sözlərinə görə, bu cür silahların hazırlanması raket istehsalında böyük sıçrayışdır.
"Bu yeni raket bütün raket əleyhinə müdafiə sınaq sistemlərindən keçəcək və mən düşünmürəm ki, onilliklər ərzində ona qarşı durmağa qadir texnologiyalar olacaq", - Hacızadəqeyd edib.