Saytımızı qiymətləndirin


 
 

“Separatçılar bizim ərazidədir, İrəvanı bu söhbətə qatmayaq” – Mühüm açıqlama
Tarix: 10-11-2022 | Saat: 10:45
Bölmə:Karusel | çapa göndər

“Separatçılar bizim ərazidədir, İrəvanı bu söhbətə qatmayaq” – Mühüm açıqlama

 


“Əgər hərbi qulluqçularımıza və vətəndaşlarımıza qarşı hər hansı bir təhlükəsizliyi pozma halı baş verirsə, ona dərhal adekvat cavab verilməli və qarşı tərəf yerində zərəsizləşdirilməlidir”.

Qarabaginfo.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında Alparslan İmamqulu deyib.

Hərbi ekspert Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərdə qanunsuz erməni birləşmələrinin Xocavənd istiqamətində atəşkəsi rejimini pozması faktına münasibət bildirib:

“Azərbaycan daxilində atəşkəs pozulursa, buna gör İrəvanı sorğulamağın özü yanlış olardı. Ölkə sərhədləri məlumdur və sərhədlərin içərisində cinayət törədildikdə, cinayətkarı dərhal və yerindəcə sərt bir şəkildə cəzalandırardıq. Eyni şəkildə istər Xankəndi, istər Xocalı, istərsə də hər hansı bir ərazimizdə olsun, əgər belə bir hal baş verirsə, bunu kimdənsə soruşmaq həm də zəiflik olardı. Tam əksinə, yerində, adekvat və sərt cavablar verilməlidir.

Əslində, noyabrın 8-də Ali Baş Komandan İlham Əliyevin çıxışında da bu qeyd edildi. O, artıq sülhməramlı qüvvələrin fəaliyyətinin uzadılmayacağını, hətta onlardan narazılıq ifadə etdi. 

Xatırladım ki, Azərbaycan bu kontingentə iradlarını dəfələrlə bildirib. Amma bunun nəticəsinin olmayacağını bilməliyik. Ona görə də müvafiq bəyanatları ortaya qoyaraq yerindəcə zərərsizləşdirmə işləri görülməlidir”.



Xəbəri paylaş

198 dəfə oxunub.

Digər xəbərlər
27-04-2021, 13:33 Sabahın hava proqnozu