Saytımızı qiymətləndirin


 
 

Aİ Ukraynaya makromaliyyə yardımı proqramı çərçivəsində krediti təsdiqləyib
Tarix: 12-07-2022 | Saat: 15:29
Bölmə:Karusel / Region | çapa göndər

Azərbaycan– Avropa İttifaqı - Azerbaijan.az

Avropa İttifaqı (Aİ) Şurası iqtisadiyyat və maliyyə nazirləri səviyyəsində Ukraynaya fövqəladə makromaliyyə yardımı proqramı çərçivəsində bu ölkəyə 1 milyard avro məbləğində kredit ayrılmasını təsdiqləyib.

Qarabaginfo.az TASS-a istinadən xəbər verir ki, bu barədə Aİ Şurasının iclası çərçivəsində Avropa Komissiyası rəhbərinin birinci müavini Valdis Dombrovskis bildirib.

“Nazirlər indicə Ukraynaya 1 milyard avro məbləğində kredit ayrılmasını təsdiqlədilər. Bu, bizim fövqəladə makromaliyyə yardımı proqramımızın bir hissəsidir”, - o deyib.

O, Ukrayna iqtisadiyyatının qısamüddətli maliyyələşdirməyə ciddi ehtiyacı olduğunu və Aİ-nin kömək etməyə hazır olduğunu qeyd edib.

Xatırladaq ki, mayın 18-də Avropa Komissiyası bu ilin sonuna qədər Aİ-nin zəmanəti altında Ukraynaya 9 milyard avro məbləğində fövqəladə makromaliyyə krediti proqramının hazırlandığını elan edib. Təsdiqlənmiş 1 milyard avro məbləğində kredit bu proqram çərçivəsində ilk tranş olub.



Xəbəri paylaş

1203 dəfə oxunub.

Digər xəbərlər