Saytımızı qiymətləndirin


 
 

Makron: “Rusiya Qafqazda vəziyyəti gərginləşdirir“
Tarix: 13-10-2022 | Saat: 12:54
Bölmə:Karusel / Region | çapa göndər

Makron: “Rusiya Qafqazda vəziyyəti gərginləşdirir“

Fransa prezidenti Rusiyanı Qafqaz regionunda və onun hüdudlarından kənarda sabitliyi pozmaq üçün Ermənistan və Azərbaycan arasında son toqquşmaları qəsdən təhrik etməkdə ittiham edib.

Qarabaginfo.az “Reuters”ə istinadla xəbər verir ki, bu barədə dövlət başçısı “France 2” müsahibəsində danışıb.

Emmanuel Makronun fikrincə, Moskva son aylarda gərginliyi qızışdırıb:

“Son 2 ildə sərhəddə baş verənlər... Sərhədin təhlükəsizliyini təmin etmək üçün orada 5 min rus əsgəri olmalı idi, amma ruslar bir neçə əsr yaşı olan bu münaqişədən oyun oynamaq üçün istifadə etdilər. Baş verənləri görürsünüzmü? Bu, Rusiyanın sabitliyi pozmaq cəhdidir, o, hamımızı sabitsizləşdirmək üçün Qafqazda iğtişaşlar yaratmaq istəyir”.

Xatırladaq ki, keçən həftə E. Makron Praqada Ermənistanın baş naziri Nikol Paşinyan, Azərbaycan prezidenti İlham Əliyev və Avropa Şurasının prezidenti Şarl Mişellə dördtərəfli görüşdə iştirak edib. Həmin görüşdə Aİ-nin mülki missiyasının ölkələrin sərhədinə göndərilməsi qərara alınıb.



Xəbəri paylaş

1132 dəfə oxunub.

Digər xəbərlər