Saytımızı qiymətləndirin


 
 

Sumqayıtda məktəblilər bit dərmanından zəhərlənib? - Rəsmi açıqlama
Tarix: 24-09-2024 | Saat: 20:13
Bölmə:Karusel / Təhsil / Hadisə | çapa göndər

sumqayitda-mektebliler-bit-dermanindan-zeherlenib

Abşeron-Xızı Regional Təhsil İdarəsi dezinfeksiya tədbirlərindən sonra Sumqayıt şəhəri 14 nömrəli tam orta məktəbin 6-cı sinifində təhsil alan iki şagirdin zəhərlənməsi ilə bağlı yayılan iddialara münasibət bildirib.

Qurumdan Qarabaginfo.az-a bildirilib ki, həmin gün ümumi təhsil müəssisəsinin 2-ci korpusunda 330-dan çox şagird dərslərdə iştirak edib və heç birində belə hal müşahidə edilməyib:

“Abşeron-Xızı Regional Təhsil İdarəsinin əməkdaşları tərəfindən məktəbə baxış keçirilib. Şagirdlərin səhhəti diqqətdə saxlanılır. Məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar aparılır”.

Məsələ ilə bağlı TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, azyaşlılara dəqiqləşdirilməmiş maddə zəhərlənməsi diaqnozu qoyulub:

“23.09.2024-cü il tarixində 2013-cü il təvəllüdlü 2 azyaşlı (qadın cinsli) saat 15:30 radələrində yaxınları tərəfindən Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasına gətirilib.

Dəqiqləşdirilməmiş maddə zəhərlənməsi diaqnozu təyin edilən azyaşlılara Təcili yardım şöbəsində müvafiq tibbi yardımlar göstərilib və daha sonra ixtisaslı tibbi yardımların göstərilməsi məqsədilə Kliniki Tibbi Mərkəzə (KTM) təxliyə olunub”.

Tibbi Mərkəzdən isə azyaşlıların evə buraxıldığı bildirilib:

“KTM-ə təxliyə olunan azyaşlıların hər ikisinə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri normallaşan hər iki azyaşlı ambulator müalicə üçün evə buraxılıb”.



Xəbəri paylaş

140 dəfə oxunub.

Digər xəbərlər