Saytımızı qiymətləndirin


 
 

Londonda Zəfər Günü təntənə ilə qeyd olunub - FOTO
Tarix: 08-11-2022 | Saat: 17:55
Bölmə:Karusel / Manşet | çapa göndər

Böyük Britaniyanın paytaxtı Londonda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.

Britaniya Azərbaycanlıları Assosiasiyasının (BAA) təşkilatçılığı ilə baş tutan tədbirdə ölkəmizin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinin, yerli ictimaiyyətin, Azərbaycan icmasının və müxtəlif türk dövlətlərinin nümayəndələri iştirak ediblər. 

Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə açılan tədbirdə torpaqlarımızın erməni işğalından qurtulması və ölkəmizin ərazi bütövlüyünün bərpa olunması uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan BAA rəhbəri Hafiz Baxşəliyev dünya azərbaycanlıları və türk dünyasını möhtəşəm bayram münasibətilə təbrik edib. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Dünya Azərbaycanlılarının V Qurultayında xaricdə yaşayan həmvətənlərimizin fəaliyyətini yüksək qiymətləndirdiyi, soydaşlarımızın müharibə və postmüharibə dövründə dövlətimizin ətrafında sıx birləşdiyi, bundan sonra da bu birliyin və həmrəyliyin davam etdirilməsinin vacibliyi vurğulanıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun salamı və təbriki tədbir iştirakçılarına çatdırılıb.

Sonra ölkəmizin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Elin Süleymanov çıxış edərək, həmvətənlərimizi Zəfər Günü münasibətilə təbrik edib. Azərbaycanın türk dünyasının ayrılmaz hissəsi olduğunu vurğulayan səfir bundan sonra birlikdə daha böyük zəfərlərə imza atacağımızı söyləyib. 

Tədbirin bədii hissəsində Britaniyada yaşayan sənətçilər – Rasim Fərziyevin “Odlar Yurdu” ansamblı, Emiliya Yaqubova, Ramil Əmirli, Vüqar Əhədov və Fərhad Nişatın ifasında Zəfər Gününə həsr olunmuş konsert proqram təqdim edilib, Tahir Aslanın şeirləri səsləndirilib.



Xəbəri paylaş

1154 dəfə oxunub.

Digər xəbərlər