Saytımızı qiymətləndirin


 
 

Paşinyan: Ermənistan regionda nəqliyyat infrastrukturunun açılmasında maraqlıdır
Tarix: 16-07-2025 | Saat: 12:36
Bölmə:Karusel / Region | çapa göndər

Paşinyan: Ermənistan regionda nəqliyyat infrastrukturunun açılmasında maraqlıdır

Ermənistan regionda nəqliyyat infrastrukturunun açılmasında maraqlıdır.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Baş nazir Nikol Paşinyan bugünkü mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Ermənistan regionda nəqliyyat infrastrukturunun açılmasında, o cümlədən Ermənistandan Ermənistana Azərbaycan ərazisindən, Azərbaycandan Azərbaycana Ermənistan ərazisindən keçən marşrutların, ikitərəfli ticarətin, Ermənistandan Azərbaycan vasitəsilə üçüncü ölkələrə və Azərbaycandan Ermənistan vasitəsilə beynəlxalq rabitənin və tranzit mübadiləsinin açılmasında maraqlıdır.

“Biz ardıcıl olaraq maraq və hazırlıq nümayiş etdiririk. Bütün danışıqlarımızda aydın şəkildə vurğulanır ki, biz bütün prosesləri yalnız Ermənistan Respublikasının ərazi bütövlüyü, suverenliyi və yurisdiksiyası çərçivəsində görmüşük, görürük və görəcəyik”, - Paşinyan vurğulayıb.



Xəbəri paylaş

38 dəfə oxunub.

Digər xəbərlər