Saytımızı qiymətləndirin


 
 

Sərt karantin rejimini pozan 1 572 nəfər cərimələndi
Tarix: 22-06-2020 | Saat: 10:27
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Bakı, Sumqayıt, Cəlilabad, Abşeron, Gəncə şəhərlərində ciddi ...

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsi (BDYPİ) sərt karantin rejimini pozaraq Bakıya girişə və çıxışa cəhd edən sürücülərin və cərimələnən şəxslərin sayını açıqlayıb.

Qarabaginfo.az xəbər verir ki, BDYPİ-nin şöbə rəisi, polkovnik Kamran Əliyev "Report.az"-ın sorğusuna cavab olaraq qeyd edib ki, iyunun 21-22-dək ölkə ərazisində xüsusi karantin rejiminin tələblərini pozduqları üçün İnzibati Xətalar Məcəlləsinin (İXM) 211.1-ci maddəsinin tələbini pozduğuna görə, 1 440 nəfər, İXM-nin 211.2-ci maddəsinin tələbini pozduğuna görə, 132 nəfər olmaqla ümumilikdə 1 572 nəfər inizibati məsuliyyətə cəlb edilib.

O qeyd edib ki, Ələt-Astara, Bakı-Şamaxı və Bakı-Quba yollarında qurulan karantin postlarında hərəkətinə icazə verilməyən 900 nəqliyyat vasitəsinin sürücüsü aşkarlanaraq geri qaytarılıb.

Qeyd edək ki, Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonu ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə qərar qəbul edilib.

Qərara əsasən, sərt karantin rejimi 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək davam edəcək.



Xəbəri paylaş

481 dəfə oxunub.

Digər xəbərlər