Moskvanın vasitəçiliyi ilə Artsaxın müstəqilliyinin beynəlxalq səviyyədə tanınmasına nail olmaq mümkün olmadı. Praqa prosesi davam edərsə, əhali çıxarılaraq Artsax Azərbaycana təhvil verilə bilər.
Qarabaginfo.az xəbər verir ki, bu barədə erməni KİV-lərində məlumat yayılıb.
Qeyd olunub ki, həmin sənədin imzalanması Ermənistanın rəsmi və yekun olaraq Artsaxdan çıxmasından xəbər verəcək: "Ermənistan heç bir şəkildə Artsaxın işlərinə qarışmayacağını öhdəsinə götürəcək. Artsax vətəndaşlarının Ermənistan vətəndaşlığından məhrum edilməsi və maliyyələşdirilməsi, Artsaxın təkcə güc strukturları deyil, ümumiyyətlə, yerli özünüidarələrdən tutmuş prezident aparatına qədər dövlət idarəetmə sistemi də maliyyədən məhrum olacaq. Bundan başqa, ediləcək hər yardım separatizm və terrorizmi himayə etmək və maliyyələşdirmək kimi qiymətləndiriləcək".
Məlumatda Qarabağın erməni əhalisinin Azərbaycan vətəndaşlığını qəbul etməsi və ya Ermənistan vətəndaşı kimi Qarabağı tərk etməsinin onların öz öhdəliyinə buraxılacağı deyilir.
"Azərbaycan tələb edir ki, 1991-92-ci ilə qədər azərbaycanlılar yaşayan lakin hazırda Ermənistanın nəzarətində olan ərazilər ermənilər tərəfindən dərhal tərk edilməlidir. İlk növbədə bu, Xocalıya aiddir. Əliyev üçün Xocalıya girmək Şuşa və ya Laçın qədər simvolik olacaq", - nəşr yazıb.
Məlumata görə, Ermənistanın Baş naziri Nikol Paşinyan sülh dövrünün başlanğıcından xəbər verəcək sənədi tez bir zamanda imzalamalıdır: "Belə bir sənəd noyabrın sonuna qədər və ya heç olmasa dekabrın əvvəlində imzalana bilər. Nə qədər təəccüblü olsa da, müqavilənin Tbilisidə imzalanması planlaşdırılır. Gürcüstan ümumqafqaz sülhünün vasitəçisinə və simvoluna çevrilə bilər, axı həmin sənədlə bütün Cənubi Qafqaz Qərbin bu regionda maraqlarının operatoru kimi Türkiyəyə verilir. Əldə etdiyimiz məlumata görə, Gürcüstanda Əliyevlə Paşinyan görüşünə və sülh erasından xəbər verən sənədin imzalanmasına fəal hazırlıq gedir".