Tarix: 02-11-2022 | Saat: 18:56
Bölmə:Karusel / Manşet | çapa göndər
İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə (AEBA) danışıqlar üçün Vyanaya nümayəndə heyəti göndərəcək.
Qarabaginfo.az İRNA-ya istinadən xəbər verir ki, bu barədə İran xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan suriyalı həmkarı ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, İran nümayəndə heyəti AEBA ilə danışıqlar aparmaq və əməkdaşlığı gücləndirmək üçün yaxın bir neçə gün ərzində Vyanaya gedəcək.
İran XİN başçısı qeyd edib ki, İranın Atom Enerjisi Təşkilatının (AEOI) rəhbəri Məhəmməd Eslami və AEBA-nın baş direktoru Rafael Qrossi iki tərəf arasında qarşılıqlı fəaliyyət planı barədə razılığa gəlib.
Xarici işlər naziri həmçinin ümid etdiyini bildirib ki, BMT-nin nüvə agentliyi texniki məsələlərə diqqət yetirəcək, "beləliklə, İrana qarşı irəli sürülən ittihamlar texniki əməkdaşlıq yolu ilə həll olunacaq".
Nazir əlavə edib ki, bu gün o, həmçinin Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrellə telefonla danışacaq.
Digər xəbərlər