Saytımızı qiymətləndirin


 
 

Almaniya Kansleri: Aİ ABŞ-ın yeni tariflərinə qətiyyətli cavab verəcək
Tarix: 22-01-2026 | Saat: 14:44
Bölmə:Karusel / Dünya | çapa göndər

Almaniya Kansleri Fridrix Merts

 

Avropa İttifaqının ABŞ-ın yeni tariflərinə cavabı qətiyyətli olacaq.

Qarabaginfo.az xəbər verir ki, bunu Almaniya Kansleri Fridrix Merts Davos Dünya İqtisadi Forumunda çıxışında deyib.

“Avropa ərazisinin güc yolu ilə alınması qəbuledilməzdir. Yeni tariflər Transatlantik ölkələrin əsasını sarsıdacaq. Avropa İttifaqının bu tariflərə cavabı müştərək, qətiyyətli və hesablanmış olacaq”, - Fridrix Merts xəbərdarlıq edib.

Almaniya Kansleri Qrenlandiya ilə bağlı planlaşdırılan çərçivə razılaşmasını alqışlayıb və bunu "düzgün yol" adlandırıb.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Qrenlandiyanın ABŞ ərazisinə birləşdiriləcəyini dəfələrlə vurğulayıb.

Qrenlandiya üzrə çərçivə sazişi dünən NATO Baş katibi Mark Rutte və ABŞ Prezidenti Donald Tramp tərəfindən razılaşdırılıb.

Avropanın bununla razılaşmayacağı təqdirdə, Aİ ölkələrinə yeni iqtisadi tariflər tətbiq ediləcəyi bildirilib.



Xəbəri paylaş

62 dəfə oxunub.

Digər xəbərlər