“Minval.az” saytı 2024-cü ilin dekabrında Azərbaycanın AZAL aviaşirkətinin təyyarəsinin atəşə tutulması zamanı vəzifədə olan bütün Rusiya hərbçilərinin adlarını açıqlayıb.
Qarabaginfo.az bildirir ki, sayt bu məlumatı haradan əldə etdiyini dəqiqləşdirməyib.
Məlumata görə, raket buraxıldığı zaman 51-ci Hava Hücumundan Müdafiə Diviziyasının böyük şturmanı, kapitan Dmitri Pudovkin, Cənub Hərbi Dairəsinin qərargahının operativ növbətçisi polkovnik-leytenant Vladimir Yanovski və 4-cü Hava Hücumundan Müdafiə Ordusunun Hava Hücumundan Müdafiə Ordusunun komandanlıq məntəqəsinin operativ növbətçisi polkovnik Gennadi Eremenko növbədə olublar.
Rusiyanın “Astra” Telegram kanalı sızan məlumat bazalarına istinadən xəbər verib ki, Minvalın adını çəkdiyi hər üç rus həqiqətən də hərbi xidmətlə bağlıdır.
İyulun 22-də Minval yazıb ki, hava hədəfini vurmaq üçün birbaşa əmri 51-ci Hava Hücumundan Müdafiə Diviziyasının komandiri, general-mayor Aleksandr Tolopilo verib.
AZAL-ın təyyarəsinin qəzaya uğraması Azərbaycanla Rusiya arasında diplomatik qalmaqala səbəb olub. İyulun 19-da Prezident İlham Əliyev bildirib ki, Bakı Moskvaya qarşı beynəlxalq məhkəmədə iddia qaldırmağa hazırlaşır.